Interviewee: Azad Rəhimov
Tarix: 2015 dekabr 25

Azad Rəhimov mətbuat konfransı keçirdi

     

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşərək 2015-ci il ərzində gənclər, idman və beynəlxalq əlaqələr sahəsində görülən işlərlə bağlı məlumat verib. Mətbuat konfransının sonunda nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Gənclər siyasəti
Ümumilikdə  2015-ci il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirilib, onlardan 76-i yerli,  15-i isə beynəlxalq səviyyəli olub.
 199 nəfər xarici ölkələrə ezam olunmuş, 771 nəfər isə Azərbaycan Respublikasında qəbul edilmişdir. 
26 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" imzalanmışdır.
2015-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə "Gənclər üçün Prezident Mükafatı" təqdim edilmişdir . Mükafat 2013-cü ildən etibarən hər il təqdim edilir.
Eyni zamanda, 17 nəfər istedadlı və yaradıcı gənc, gənclərin 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülmüşdürlər.
13 mart 2015-ci il tarixdə  "Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində "açıq səma altında teatr" formatında "Mədəni irs: Novruz” Gənclər  Festivalı keçirilib.
 02 may 2015-ci il tarixdə Lənkəran rayonunda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş  ali təhsil müəssisələri tələbələrinin  iştirakı ilə "Tarixin canlı səhifələri” adlı lII Gənclər Festivalı keçirilib. Hadısələrin canlandırılmasında 250 nəfərə yaxın gənc iştirak edib.
Gənclərin elmə həvəsləndirilməsi, dəqiq elmlər sahəsində bilikli gənclərin üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən 3 on-line olimpiadaya 1200 nəfər məktəbli qatılıb. 
1 noyabr 2015-ci il tarixdə Milli Məclisə seçkilərdə ilk dəfə səs verən gənclərin iştirakını təmin etmək üçün Gənclər və İdman Nazirliyinin təlimatına uyğun olaraq, rayon (şəhər) gənclər və idman idarələri tərəfindən "Sənin səsin – sənin gələcəyin” devizi altında təlimlər, seminarlar, görüşlər keçirilmiş və müxtəlif maarifləndirci məhsullar paylanmışdır. Tədbirlərdə 5 min gənc iştirak edib.  
11 – 19 iyul 2015-ci il tarixlərdə Gədəbəy rayonunda "Wonderland Azerbaijan 2015” beynəlxalq skaut düşərgəsi keçilmişdir. Düşərgədə Avstraliya, Meksika, Ukrayna, Türkiyə, Polşa, Gürcüstan və Yunanıstandan 23, Azərbaycandan isə 133 nəfər iştirak etmişdir.
9-15 avqust 2015-ci il tarixdə Daşkəsən Gənclərin təlim və istirahət mərkəzində "BMT Modeli simulyasiya oyunu” üzrə 100 nəfər tələbənin iştirakı ilə təlim keçirilmişdir.
Gənclər evləri
Hazırda ölkədə istifadəyə verilmiş 33 "Gənclər evi/Mərkəzi" fəaliyyət göstərir.
13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində növbəti "Gənclər evi” istifadəyə verilmişdir.
Nazirliyin sifarişi ilə Bakı şəhərinin Qaradağ rayonunda inşa edilmiş "Gənclər evi" istifadəyə verilmiş,
Binəqədi və  Tovuz rayonlarında eyni təyinatlı tikinti işləri başa çatdırılmış, 2016-ci ilin birinci rübündə "Gənclər ev"lərinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
 Gələn il  Gəncə və Şirvan şəhərlərində "Gənclər evi"nin tikintisi başa çatdırılacaq, Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı
Proqram əsasında:
Gənclər üçün Prezident mükafatı təsis olundu

Gənclər Fondu yaradıldı
Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda "Gənclər evi” yaradıldı.
"Böyük səhnə”, "MAG” TV layihələri həyata keçirilir.
Gənclərlə bağlı statistik məlumatların hazırlanmasının təkmilləşdirilməsi və sosioloji tədqiqatların aparılması
"Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyalarının yaradılması
İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması
"İstedadların hazırlığı laboratoriyası” nın təşkili və fəaliyyətinin edilməsi
Gənclərin kadr potensialı barəsində məlumar bankının yaradılması ilə bağlı təkliflərin hazırlanması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin (18.11.2013-cü il tarixli)  qərarı ilə "Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi” qaydaları təsdiq edilmişdir.
165 ölkədən 700 nəfər gəncin iştirakı ilə Gənclər siyasəti üzrə I Qlobal Forumun həyata keçirilməsi. (BMT-nin İnkişaf Proqramı, , BMT, UNESCO, BMT Baş katibinin  Gənclər üzrə  xüsusi elçisinin ofisinin birgə əməkdaşlığı ilə).
Kompüter oyunları: "İşğal altında”, "İşğal altında 2”
"Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsi çərçivəsində 47 ölkədən olan 174 qalib gənc Azərbaycanda səfərdə olub.
"Könüllük pasportu” ATGTİ tərəfindən gənclərə təqdim olunub.
Gənclər Paytaxtl internet səsverməsi nəticəsi ilə İsmayıllı 2015-ci ildə Gənclər paytaxtı elan olunub. (2012-ci il Gəncə, 2013-Biləsuvar, 2014- Quba)
"Gəzən kitabxana” layihəsi 
"İşıqlı həyat” piyada və gənclərin yollarda təhlükəsizliyini təmin etmək məqsədi ilə işıqqaytarıcılarının (отражатель света) paylanması.

İdman siyasəti

2015-ci ilin əsas idman hadisələri və nəticələr haqqında
2015-ci ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 200-dən çox respublika yarışları  təşkil edilib.
46 beynəlxalq yarış (2014-cü ildə 55 yarış) keçirilib.
 Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq yarışlarda isə ölkə yığma komandalarının iştirakı təmin olunub.
2015-ci il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında qazanılan medallar:
321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə isə 823 medal 
bunlardan 297 medal  (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növlərindən olmuşdur.
2014-cü il: 275 qızıl, 255 gümüş, 275 bürünc, ümumilikdə 805 medal
2014-cü ildə olimpiya idman növlərində 278 medal (89 qızıl, 80 gümüş, 109 bürünc), qeyri-olimpiya növlərində isə 527 medal (186 qızıl,175 gümüş, 166 bürünc)
İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışlarında iştirak edib.
Təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə keçirilmişdir. Təlim-məşq toplanışlarında ümumilikdə 6000 nəfərədək idmançı iştirak etmişdir.
Rio de Janeyro olimpiyadası
Azərbaycan Respublikasının Prezidenti cəhab İlham Əliyevin 12 avqust 2015-ci il tarixli "XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" Sərəncamına əsasən Olimpiya Oyunlarına hazırlıq işləri xüsusi proqram əsasında həyata keçirilir.
2016-cı ildə  Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək artıq 7 idman növü üzrə 29 lisenziya əldə edilib.
 Bunlardan: boks- 3, atletika- 3, avarçəkmə- 5, güləş-11 (yunan-roma-4, sərbəst güləş-4, qadın güləşi-3), gimnastika-2, agır atletika-4, taekvondo-1  lisenziya qazanmışdır.
  Eyni zamanda Azərbaycan paralimpiyaçıları da XXXI Yay Paralimpiya Oyunlarına  4 idman növü üzrə 13 lisenziya əldə etmişlər. Bunlardan atletika -4, cüdo- 6, üzgüçülük-2, poverliftinq-1  lisenziya qazanmışdır.
Ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlər

2016-cı il Ümumdünya Şahmat Olimpiadası
Formula-1 üzrə Bakı Avropa Qran-Pri yarışları
Futbol üzrə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında  Avropa Çempionatı
 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları
2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir mərhələ yarışlarına hazırlıq işləri davam etdirilir.
Bakı 2015 İlk Avropa Oyunları
12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə İlk Avropa Oyunları keçirilmişdir.
Mərasimləri və idman yarışlarını izləmək üçün tamaşaçılar tərəfindən 650 000-ə yaxın bilet alınmışdır.
16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmiş Oyunlarda Azərbaycan bütün növlərdə 291  idmançı ilə təmsil olunmuşdur.
12 idman növündə keçirilən yarışlar  "Rio 2016" Olimpiadasına təsnifat xarakterli olmuşdur.
Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanmış və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri tutaraq tarixi qələbəyə imza atmışlar.
London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması Avropa ölkələri arasında 15-ci yerə yüksəlmişdisə, Bakı 2015-də onlar gərgin mübarizədə daha yüksək-  2-ci pillədə yerini qoruyub saxlaya bildi.
(Əlavə: Azərbaycan idmançıları 10 idman növündə medallar qazandılar: avarçəkmə - 1 (1 gümüş), boks - 11 (6 qızıl, 1 gümüş, 4 bürünc), cüdo - 4 (1 qızıl, 2 gümüş, 1 bürünc), gimnastika - 7 (1 qızıl, 3 gümüş, 3 bürünc), güləş - 15 (6 qızıl, 2 gümüş, 7 bürünc), karate - 6 (4 qızıl, 2 bürünc), qılıncoynatma - 2 (1 gümüş, 1 bürünc), sambo 4 (4 gümüş), taekvondo - 5 (3 qızıl, 1 gümüş, 1 bürünc), triatlon - 1 ( 1 bürünc))
 Ümumilikdə, Oyunlarda 12500 nəfərdən artıq gənc əməliyyat könüllüsü kimi
4000-dən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qatılmışdır.
 Bununla yanaşı dünyanın 107 ölkəsindən insanlar Oyunlarda könüllü kimi iştirak etməkdən ötrü müraciət etmiş, onlardan  55 ölkədən  olan 400-ə yaxın könüllü proseslərə cəlb edilmişdir. 
2015-ci ildə Azərbaycanda keçirilmiş digər beynəlxalq tədbirlər
2015-ci ildə ölkəmizdə 46 beynəlxalq yarış, o cümlədən  Dünya və Avropa çempionatları təşkil edilmişdir.
Yarışlar:
19 ölkədən 32 idmançının iştirakı ilə Stolüstü tennis üzrə Avropa Top-16 turniri 
Atçılığın konkur  növü üzrə qış kuboku beynəlxalq turnir
İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar 20 ölkədən 133 idmançının iştirakı ilə gimnastika idman növləri üzrə beynəlxalq test turniri 
24 ölkədən 120-yə yaxın idmançının iştirakı ilə 06-10 may 2015-ci il tarixlərdə  keçirilən velosiped idmanı üzrə ənənəvi  "Tour de Azerbaijan” beynəlxalq turniri.
 06-16 avqust tarixlərində Qəbələ şəhərində Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları keçirilib. Yarışda 100-ə yaxın ölkədən 2000-ə yaxın idmançı  2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə aparıblar.
10 sentyabr-04 oktyabr tarixlərdə Bakıda 45 ölkədən 128 idmançının iştirakı ilə şahmat üzrə Dünya Kuboku  yarışları keçirilib..
2015-ci ildə  beynəlxalq əlaqələr
Səfərlər və tədbirlər:
Avropa Oyunlarının təşkili ilə bağlı məsələləri müzakirə etmək və təqdimatlar etmək məqsədi ilə :
20-23 yanvar 2015-ci il tarixdə İsveçrə Konfederasiyasına,
19-21 fevral 2015-ci il tarixdə Macarıstan Respublikasına
3-5 mart 2015-ci il tarixdə İtaliya  Respublikasına,
10-12 aprel 2015-ci il tarixdə Rusiya Federasiyasına, 
14-16 aprel 2015-ci il tarixdə  Belçikaya, 
27-29 aprel 2015-ci il tarixdə Böyük Britaniyaya  səfər edilib.
I Avropa oyunlarının yekunları ilə bağlı:
Brüsseldə keçirilmiş  Avropa İdman Axşamı (European Evening of Sport) tədbirində,
İtaliyanın Roma şəhərində  birinci Avropa Oyunlarının yekunları ilə bağlı hesabat xarakterli iclasda,
Amerika Birləşmiş Ştatlarında və digər ölkələrə səfər olmuşdur.
Digər səfərlər:
Çexiyanın Praqa şəhərində keçirilmiş Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası,
 MDB iştirakçı-dövlətlərinin bədən tərbiyəsi və idman Şurasının,  Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin  və Gənclərlə İş üzrə Birgə Şuranın,  UNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin iclaslarında  iştirak edilib.
İkitərəfli əməkdaşlıq:
Avstriya
Koreya
Kolumbiya
Meksika
Bolqarıstan
ABŞ
Qazaxıstan
İsveçrə
Macarıstan
İsrail
Çexiya
Latviyanın  Azərbaycandakı səfirləri ilə görüşlər təşkil edilmişdir.
Görüş zamanı  ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr olmuşdur.
Anlaşma memorandumları:
İndoneziya
Pakistan
Yunanıstan
Malta Respublikası  arasında gənclər və  idman sahəsində əməkdaşlığa dair  Anlaşma Memorandumları qarşı tərəfə təqdim edilmişdir.
Regionlarla iş:
-       Gənclər və İdman Nazirliyinin struktur qurumları olan rayon (şəhər) gənclər və idman idarələri (baş idarələri) tərəfindən 2011-2015-ci illərdə respublikanın şəhər və rayonlarında Dövlət gənclər siyasətinin istiqamətləri üzrə müxtəlif məzmunlu 12 355 tədbir keçirilib.

www.mys.gov.az
(Foto: Dilavər)

http://premyer.az/xeberler/xidman/954-azad-rehimov-metbuat-konfransi-kechirdi.html