Interviewee: Azad Rəhimov
Tarix: 2014 iyun 09

Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu” na qatılıb

İyunun 18-də Gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.

28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən Azad Rəhimov bu münasibətlə onları təbrik edib.  

A.Rəhimov: “ Bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirib. Qeyd etməliyəm ki,  gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür.”

Nazir tədbir  iştirakçılarını  oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib.

Daha sonra iclas seksiyalarda öz işini davam edib.

Eyni zamanda səfəri çərçivəsində nazir Azad Rəhimov Saloniki şəhərinin meri Yannis Butarislə  və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşlər keçirib.

http://www.youthportal.az/az/news/detail.php?ID=57133