Interviewee: İntiqam Babayev
Tarix: 2015 yanvar 28

İntiqam Babayev: “Əsas hədəf qarşıdakı 10 il ərzində gənclərin mənzillə təmin olunmasına nail olmaqdır”

Dövlət gənclərin ev və işsizlik problemlərinin həlli üçün çox ciddi addımlar atır.

Gün.Az xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev “2015-2025"-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamının müzakirəsinə həsr edilmiş brifinqdə söyləyib.
O qeyd edib ki, qarşıdakı 10 ildə dövlətin əsas hədəfi Prezident İlham Əliyevin təsdiq etdiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”çərçivəsində gənclərin mənzil və işsizlik probelmini maksimum dərəcədə həll etməkdir:
“Amma heç kim söz verə bilməz ki, qarşıdakı 10 ildə bütün gənclər mənzillə təmin ediləcək. Əsas məqsəd Proqramın davamlılığını təmin etməkdir. Bu olduğu halda mənzil və işsizlik problemi də maksimum dərəcə həll olunar”.

Fərid Ədalət

Gün.Az