Interviewee: Azad Rəhimov
Tarix: 2015 dekabr 25

Manatın devalvasiyası gənclər və idman sahəsində tədbirlərin reallaşdırılmasına təsir etməyəcək

“Manatın məzənnəsinin ucuzlaşması gələn il Bakıda keçiriləcək Formula-1 yarışlarının Avropa Qran prisinin Bakı mərhələsi və Ümumdünya Şahmat Olimpiadasina təsir etməyəcək. Həmin tədbrlərin büdcələri dollarla hesablanıb”, - deyə A.Rəhimov vurğulayıb.

Onun sözlərinə görə, həmçinin devalvasiya 2016-cı ildə gənclər və idman sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərə də təsir göstərməyəcək.

Bundan başqa, nazir gənclər şəhərciyinin tikintisi məsələsinin gündəmdə olmadığını deyib.

R.Babayev

interfax.az 
http://www.youthportal.az/az/news/detail.php?ID=84162