Interviewee: Azad Rəhimov
Tarix: 2016 fevral 08

Nazir: Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili xərclərin ödənilməsi baxımından mühümdür

Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasimlərinin təşkili ilə bağlı məsələyə münasibət bildirib.

Nazir deyib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür.

A.Rəhimov qeyd edib ki, dünya təcrübəsində də belə hallar mövcuddur. Onun sözlərinə görə, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var: "Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam". 

http://www.youthportal.az/az/news/detail.php?ID=84529