Tarix: 2017 aprel 06
Mənbə:
Baxışlar: 1931

Gənclər Təşkilatları Milli Şurası Avropa Şurasının tədbirində təmsil olunub

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”nin plenar iclasında iştirakı edib. Plenar iclasda Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak etmişdir. 
Qeyd edək ki, “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”nin ildə iki dəfə plenar iclasları keçirilir. Artıq üç ildir Avropa Şurası "Gənc təmsilçi" proqramını həyata keçirir. Proqrama əsasən Avropa Şurasının üzvü olan ölkələrdən bir gənc seçilir, həmin gənc bir il ərzində konqresin iki plenar iclasında iştirak edir. "Gənc təmsilçi” proqramın məqsədi Avropanın yerli səviyyədə qərarvericiliyində gənclərin rolunu gücləndirmək, qəbul olunan qətnamə və qərarlarda gənclərin fikirlərini öyrənməkdən ibarətdir. 
İclasda "Gənc təmsilçilər" təmsil etdiyi ölkələrdə və Avropada qarşılaşdıqları məsələləri gündəmə gətiriblər. Milli Şuranın sədr müavini iclasda gənclərin özünü idarəetmə mexanizmlərin yaradılması və gücləndirməsi ilə bağlı gənclərin yerli səviyyədə iştirakının vacibliyini vurğulayıb.