Tarix: 2017 aprel 13
Mənbə:
Baxışlar: 1742

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı gənclər təşkilatları ilə əməkdaşlıq

Gənclər Təşkilatları Milli Şurası "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində üzvü olan gənclər təşkilatları üçün layihə müraciətini açıq elan edir.

Müraciətlər www.yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunur daha sonra, proqramın işçi qrupu tərəfindən qiymətləndirildikdən sonra müraciət edən gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. 

Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq, onların kənd gəncləri ilə əlaqəsini qurmaq məqsədilə dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial şifarişlərinin kəndlərdə davam etdirilməsi birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və Milli Şura tərəfindən lazımı inzibati və texniki dəstək göstəriləcəkdir. Əməkdaşlıq fəaliyyəti 4 mərhələdən ibarət olmaqla müraciətlərin qəbul olunması, birgə əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi, əməkdaşlığın həyata keçirilməsi və layihənin hesabatının verilməsidir. Əməkdaşlıq çərçivəsində Milli Şura tərəfindən kənd gəncləri ilə əlaqələrin daha rahat qurulmasına dəstək edilməsi, çap məhsullarının hazırlanması, foto və video çəkilişin təşkil olunması, fəaliyyətin təşkili xərclərinin qarşılanması və PR dəstəyi təmin olunur. 

"Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində üzv təşkilatlar üçün təşkil olunan əməkdaşlıq layihəsi haqqında ətraflı məlumat almaq üçün www.yerli.nayora.az portalına daxil olmağınız xahiş olunur. 

Proqramın əsas məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığının stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, insan kapitalının inkişafına təkan verilməsidir.

Proqram Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən 2015-ci ildən başlayaraq “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilir. Proqram çərçivəsində görülmüş işlər 66 kənd və qəsəbnin 1500-dən çox gəncini əhatə etmişdir.