Tarix: 20.04.2017 15:52
Mənbə:
Baxışlar: 790

Balakən Olimpiya idman kompleksində güləş üzrə yarışlara start verilir

23-30 aprel 2017-ci il tarixində Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan sərbəst və yunan-Roma güləşləri üzrə 2002-2004-cü il təvəllüdlü idmançılar arasında final mərhələsinin yarışları keçiriləcək. Yarışlar Balakən Olimpiya İdman Kompleksində baş tutacaq. 23-26 aprel 2017-ci il tarixində yunan-Roma güləşi, 27-30 aprel 2017-ci il tarixində isə sərbəst güləş üzrə final mərhələnin yarışları keçiriləcək.