Tarix: 12.07.2017 14:00
Mənbə:
Baxışlar: 1092

"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilildi

11 İyul 2017-ci il tarixdə Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin , “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı olan "İdman" qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilildi.
Tədbirdə nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər iştirak edirdilər. 
 Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ən maraqlı və yaddaqalan məqamlarının nümayiş etdirilməsi, eləcə də bu mötəbər idman nailiyyətinin geniş təbliği baxımından fotosərginin əhəmiyyətini xüsusi vurğulayıb. O, Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurlu təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan fotomüxbirləri isə obyektivin gözü ilə bu mötəbər tədbirin möhtəşəmliyini sənət əsərinə çeviriblər. Dünyanın 50-dən çox ölkəsindən 3 mindən çox idmançının qatıldığı bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotomüxbirləri tarixin yaddaşına həkk ediblər.
Sonra ölkəmizdə fotoqrafiya sənətinin inkişafına göstərdiyi dəstəyə görə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.
Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında yüksək fəallıq nümayiş etdirən fotomüxbirlər təltif olunublar.
21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq  yarışmada 6000 idmançı öz gücünü sınayaraq qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparmışlar. 
Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmlən, Şərqlə qərbi birləşdirən bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotoqrofları tarixin yaddaşına həkk etmişlər. 
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olundu.