Tarix: 22.11.2017 17:32
Mənbə:
Baxışlar: 264

Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi

Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda  beynəlxalq konfrans öz işinə start verib. 
Konfransın keçirilməsində əsas məqsəd gənclər arasında etnik və dini ekstrimizmin profilaktikası, ksenofobiya və dözümsüzlüyün yayılmasının yolverilməzliyi, həmçinin MDB üzv dövlətlərinin gəncləri arasında əlaqələrin genişləndirilməsi, millətlərarası tolerantlığın yüksəldilməsi və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsindən ibarətdir.

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 30 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2020-ci ilədək beynəlxalq gənclər əməkdaşlığı strategiyasının həyata keçirilməsi sahəsində 2016-2017-ci illər üçün Tədbirlər Planı”na əsasən gerçəkləşib.