Tarix: 25.12.2017 14:20
Mənbə:
Baxışlar: 3020

Azad Rəhimov hesabat verdi

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov
Yekun Mətbuat konfrnası kecirdi.
Bu gün gənclər və idman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşüb. Nazir media nümayəndələrinə 2017-ci ildə gənclər və idman sahələrində görülmüş işlər haqında məlumat verib. 
Mətbuat konfransının sonunda Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. 

Beynəlxalq yarışlar və medallar
- Ölkədə 219 respublika yarışı təşkil edilmiş, 55 beynəlxalq yarış keçirilmiş, 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunmuşdur. 
- İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak etmişlər.
- 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347- qızıl, 236- gümüş  və 268- bürünc medal əldə edilmişdir. Cəmi: 851- medal 

- 2017-сi il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilmişdir. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya almışdır

- Bundan başqa 12 nəfərə  “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”,  12 nəfərə “Respublika Dərəcəli Hakim”, 41 nəfərə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 23  nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilməsi, 61 nəfər isə İdman ustası normasını yerinə yetirmişdir. 3 nəfərə isə dublikat vəsiqə təqdim edilmişdir. 
- İdman növləri üzrə yığma komandaların hazırlığı ilə əlaqədar 660-dan artıq idmançının  “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” və  “Respublika İdman Tibb Mərkəzində”  müayinə və müalicəsi aparılmışdır. 
Müxtəlif idman yarışlarında qazanılan medallar
- Bokçularımız Almaniyada keçirilən kişilər arasında dünya çempionatında 2 medala: 1 qızıl və 1 bürünc medala layiq görülmüşlər. Yığma komandanın lideri Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu adına layiq görülmüşdür.
- Türkiyənin  Antalya şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində boksçularımız komanda hesabında IV olmuşlar. 2 qızıl, 2 bürünc medalla vətənə dönmüşlər.
- Koreya Respublikasında keçirilən taekvondo üzrə böyüklər arasında dünya çempionatında Milad Beigi Harçeqani və Məhəmməd Məmmədov qızıl medala layiq görülmüşlər. 
- Kiprin Larnako şəhərində taekvondo idman növü üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl. 1 bürünc medal qazanılmışdır.
- Fransanın Paris dünya çempionatında 1 qızıl, 2 bürünc medal əldə olunmuşdur. Haçı Əliyev 3-cü dəfə Dünya çempionu olmuşdur
- Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclərin dünya birinciliyində 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanılıb.
- Macarıstanda keçirilən  dünya çempionatında cüdo üzrə böyüklərdən ibarət yığma komanda 2 gümüş, 2 bürünc medal qazanmışdır.
- Yığma komanda Sloveniyanın Maribor şəhərində gənclərin Avropa birinciliyində 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanmışdır. Komanda hesabında yığmamız I yerə layiq görülmüşdür.
- Qeyri-olimpiya idman növlərindən universal döyüş növünün müxtəlif versiyaları üzrə Ukraynada keçirilən Avropa çempionatında 7 medal - 2 qızıl, 2 gümüş, 3 bürünc medal əldə olunmuşdur.
- Rusiyanın Stavropol şəhərində tamblinq gimnastikası üzrə Açıq Rusiya turniri keçirilmişdir. Yığma komanda 3 nəfər tərkibdə Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə öz yaş qruplarında 3 qızıl medala layiq görülmüşlər.
- Tayvanın Taypey şəhərində Tələbələrin 29-cu Ümumdünya Yay Universiadası keçirilmişdir. Ölkəmiz yarışa 29 nəfərlik nümayəndə heyyəti iəl qatılıb. 21 idman növündə olkəmizin tələbə-idmançıları 4, o cümlədən, atletika, ağır atletika, cüdo, taekvando idman növlərində iştirak etmişlər.
Ümumiyyətlə universiada yarışlarında 134 ölkədən 7734 idmançı 21 idman növü üzrə 271 medal dəsti uğrunda tələbə-idmançılar yarışlara qatılmışdırlar. Belə ki, 4 idman növündə 8 medala (3 qızıl, 1 gümüş, 4 bürünc) layiq görülmüşlər:
- Rusiyanın Ulyanovsk şəhərində MDB-yə üzv dövlətlərin milli idman növləri üzrə I Festival və idman oyunları keçirilmişdir. Festivalda sambo, kəmər güləşi, mas-reslinq üzrə milli komandalarımız ölkəmizin idman şərəfini qorumuşdur. İdmançılarımız ümumilikdə 21 medal qazanmışlar. Medallardan 5-i qızıl, 6-sı gümüş, 10-u isə bürünc olmuşdur.

Beləliklə 2017-ci ilin ikinci yarısında 48 qızıl, 38 gümüş və 56 bürünc medal təkcə rəsmi yarışlarda qazanılıb (dünya, Avropa) 

- 2017 - 2020 – ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı hazırlanmışdır. 
- Azərbaycan Respublikası idmançılarının XXXII Yay Olimpiya Oyunlarına Hazirlıq Konsepsiyasının lahiyəsi hazırlanmışdır.
- 2018-ci il üçün idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları hazırlanmışdır.


Gənclər sahəsində görülmüş işlər
- Ümumilikdə  2017-ci il ərzində 141  tədbir keçirilib, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olmuşdur. Gənclər təşkilatlarının 109 layihəsi maliyyələşmiş, 261 nəfər xarici ölkələrə ezam olunmuş, 2334 nəfər  isə Azərbaycan Respublikasında qəbul edilmişdir.  
- 2 fevral 2017-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gənc "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilmişdir.
- 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə 28 nəfər istedadlı və yaradıcı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
- Balakən rayonu 2017-ci ildə Azərbaycanın Gənclər Paytaxtı elan olunmuşdur. 

- 7 iyul 2017-ci il tarixdə Şirvan şəhərində Nazirlik tərəfindən inşa edilmiş Gənclər Evi istifadəyə verilmişdir. Bununla ölkədə Gənclər Evinin sayı 40-a çatmışdır, onlardan 14-ü Gənclər və idman nazirliyinin tabeliyindədir. 

- “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədi ilə və “31 mart - Azərbaycanlıların Soyqırımı günü” münasibəti ilə 27-31 mart 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı tərəfindən sosial şəbəkələrdə onlayn kampaniya keçirilmişdir. 

- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə “Gənc alim və mütəxəssislərin 4-cü xüsusi “Mənim ilk qrantım” adlı müsabiqə keçirilmişdir. 
- Bakı şəhərində İntellektual oyunlar üzrə “Xəzər Kuboku” VI Beynəlxalq turnir keçirilmişdir. Turnirdə 7 ölkədən 200-dək gənc iştirak etmişdir.
- Gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialını nümayiş etidirmək üçün əlverişli şərait yaratmaq  məqsədi ilə "İdeya var!" gənclərin I Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi keçirilmişdir.  Müsabiqəyə 4 nominasiya üzrə təqdim edilmiş 273 layihədən ən yaxşı 12 qalib layihə sərgilənmişdir. Qaliblərə pul mükafatları və diplomlar təqdim edilmişdir.
- Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu və 13-19 avqust 2017-ci tarixlərdə Bakı şəhərində 41-ci Dünya  Skaut Konfransı keçirilmişdir. Hər iki tədbirdə 166 ölkədən 1500-dən artıq skaut iştirak etmişdir. Bu 140 milyonluq Dünya Skaut Konfransının 100 illik tarixində ən geniş sayda tədbir olub

- 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” ilə əlaqədar Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyə gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilib. 67 xarici qalibin Azərbaycana səfərləri təşkil olunmuşdur. 
- Gənclərin beynəlxalq mübadilə proqramları çərçivəsində Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti Azərbaycana,  Azərbaycan nümayəndə heyətinin isə Koreya Respublikasına səfərləri ezam edilmişdir.

- Bakı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı V Azərbaycan- Rusiya Beynəlxalq Gənclər Forumu keçirilmişdir.


Beynəlxalq əlaqələr sahəsində görülmüş işlər
- Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” mövzusunda keçirilmiş 6-cı Gənclər Forumu,
- Türk Şurasının Gənclər və İdmana məsul nazirlərinin II iclası,   
- Rusiya Federasiyasının Kazan  şəhərində YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Məmurların növbəti Beynəlxalq Konfransı,
- İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun “Müsəlman gənclərin vəziyyəti” mövzusunda beynəlxalq konfransı,

- Rusiya Federasiyasının  Moskva şəhərində keçirilmiş gənclər siyasətinin həyata keçirilməsinə məsul orqanların rəhbərlərinin və nazirlərin beynəlxalq görüşünə,

-   Zaqreb şəhərində keçirilmiş Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyasına,

- Monako krallığında keçirilən Sülh və İdman  Beynəlxalq Forumunun 10-cu iclasında və digər mötəbər tədbirlərə nazir Azad Rəhimov və nazirliyin digər əməkdaşları qatılıb. 


Müxtəlif ölkələrlə imzalanmış Sənədlər
- Azərbaycan Respublikası  Prezidentinin Qətər Dövlətinə  rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər   Dövləti Hökuməti arasında Dohada gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu” imzalanmışdır

-  “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  ilə Çex Respublikası  Təhsil, Gənclər və İdman Nazirliyi arasında gənclər və  idman sahələrində əməkdaşlıq haqqında  Saziş” layihəsi  hər iki ölkədə razılaşdırılmışdır.



Tikinti
- Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılmış və bu obyektlər istifadəyə verilmişdir.
- Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilmişdir.
- Tikintisinə başlanmış və inşası  davam edən obyektlər:
 1. Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri,
 2. Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri,
3.  Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin
4.   Şəki şəhərində, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri,
5.  Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları. 
- Cari ildə Bakıda təşkil edilən Formula 1 “Azərbaycan  Qran-Prisi”nə hazırlıqla  əlaqədar müvəqqəti konstruksiyalardan istifadə etməklə Azadlıq meydanında PİT binasının və digər bina, konstruksiyaların tikinti-quraşdırma işləri aparılmışdır.
-  IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi obyektlərdə konstruksiyaların tikinti-quraşdırma işləri aparılmışdır.





2018-ci ildə keçiriləcək mötəbər idman tədbirləri 

1 İntellektual oyunlar üzrə VII “Xəzər kubolu” turniri 
2 Prezident Kuboku uğrunda “Breyn Ring” İntellektual TV layihəsi 
2 Tennis üzrə Avropa turniri 12-25 Fevral 2018
4 -Beynəlxalq Gimnastika Federasiyası- İdman gimnastikası üzrə Dünya kuboku
-Bədii gimnastika  üzrə Dünya Kuboku 15-18 Mart 2018

27-29  Aprel  2018
4 Türkiyə Universitetlər İttifaqının I idman oyunları
5-10 Aprel 2018
4 Batut,  tamblinq və İkili mini batut üzrə gimnastikası üzrə Avropa çempionatı  12-15  Aprel 2018
7 Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransı  17-19 April 2018
8 Formula 1 Azerbaıjan Grand Prıx 27-29 April 2018
9 “Shamkir Chess-2018” beynəlxalq super turnir April-May  2018
10 Kapoeyra üzrə Dünya çempionatı
11-12  May 2018
11 Velosiped idmanının BMX növü üzrə dünya çempionatının  5-9 of İyun 2018
12 Cüdo üzrə Dünya çempionatı  16-22 Sentyabr 2018
13 Xüsusi Olimpiya Genclerin Qlobal Liderlik Forumu  
24-28 Sentyabr 2018
14 Dünya Anti-Doping Agentliyinin İcriayyə komitəsi və Fondun İdarə Heyətinin iclası  14-15 Noyabr 2018



2018-ci ilin I yarısında  gənclər sahəsində keçiriləcək əsas  və beynəlxalq tədbirlər haqqında
1. Tədbirin adı: "Gənclər üçün Prezident Mükafatı"nın təqdim edilməsi
Məqsədi: Elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin  stimullaşdırılması.

2. Tədbirin adı: “İdeya var!” gənclərin lI Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin final və mükafatlandırma mərasimi
Məqsədi: Gənclərin elmi və yaradıcılıq potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, onların elmi nailiyyətlərə həvəsləndirilməsi və sosial fəaliyyətə cəlb edilməsidir. 

3. Tədbirin adı: Gənclər arasında “Xəmsə” intellektual oyunu üzrə X Azərbaycan Çempionatı
Məqsədi: İntellektual oyunların gənclər arasında daha geniş təbliğ edilməsi. 
4. Tədbirin adı: “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılığı festivalı
Məqsədi: Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şəraitin yaradılması.
5. Tədbirin adı: İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq    müsabiqəsi
Məqsədi: Gənclərin mədəniyyət və incəsənətə marağının artırılması, istedadlı      gənclərin stimullaşdırılması.
6.  Tədbirin adı: “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı 
Məqsədi:  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin və Azərbaycanın dövlətçilik ənənələrinin gənclər arasında qeyd edilməsi
7. Tədbirin adı: “Tarixin canlı səhifələri”  VI Gənclər festivalı 
Məqsədi: Gənclərin  vətənpərvərlik  ruhunda  tərbiyə edilməsi, xalqımızın hərb tarixinin gənclərə  əyani olaraq çatdırılması.

8. Tədbirin adı: Gənclər təşkilatlarının V Respublika sərgisi
Məqsədi: Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmasının stimullaşdırılması.

9. Tədbirin adı: Azərbaycan gənclərinin VIII Forumu
Məqsədi: Son üç ildə gənclər siyasəti sahəsində görülən işlərin müzakirəsi bu sahədə yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi.

10. Tədbirin adı: İntellektual oyunlar üzrə “Xəzər Kuboku” VI Beynəlxalq turnir
Məqsədi: Daha çox sayda gənclərin intellektual hərəkata cəlb edilməsi, intellektual oyunlar vasitəsilə asudə vaxtın səmərəli təşkili.