Tarix: 28.07.2018 11:00
Mənbə:
Baxışlar: 302

Koreya gənclərinin ölkəmizə səfəri davam edir

Azərbaycan-Koreya gənclərinin mübadilə proqramı çərçivəsində 24 iyul-02 avqust 2018-ci il tarixlərində Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti  Azərbaycanda səfərdədirlər.
Artıq 11-ci ildir ki, Azərbaycan-Koreya gənclərinin mübadiləsi proqramı davam edir.Koreyalı gənclərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin ilk günündə Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev tərəfindən qəbul edilmişdir. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etmiş, şəkil çəkdirmişlər.  
Daha sonra nümayəndə heyətinin Azərbaycana gəlişi ilə əlaqədar hazırlanmış səfər proqramı çərçivəsində qonaqlar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etmiş, Heydər Əliyev Mərkəzində olmuş, ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olmuşlar. Daha sonra koreyalı gənclər Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında görüş keçirmişlər. 
26 iyul 2018-ci il tarixdə isə qonaqlar Quba rayonuna səfər etmişlər. Səfər proqramı çərçivəsində koreyalı gənclər Quba Soyqırımı Kompleksii ziyarət etmişlər. Daha sonra Quba rayonunda Gənclər Mərkəzində və Bayraq Muzeyində olmuş, Qədim Quba xalçaçılıq emalatxanasında xalça toxunması prosesi ilə yaxından izləmişlər. 
27 iyul 2018-ci il tarixdə isə koreyalı qonaqlar Qusar rayonuna səfər etmişlər. Qusar rayonunda gənclər Qusar şəhərində yerləşən Rəsm Qalereyasında olmuş, orada nümayiş olunan rəsm əsərləri ilə tanış olmuşlar. Daha sonra qalereyanın əməkdaşları ilə xatirə şəkli çəkdirmişlər. Daha sonra koreyalı gənclər Qusar rayonunun fəal gəncləri ilə görüş keçirmiş onlarla çay süfrəsi arxasında səmimi söhbətlər etmişlər. Qusar rayon Mədəniyyət Evində isə rayonun istedadlı gənclərinin iştirakı ilə konsert proqramını izləmiş, sonda onlarla xatirə şəkli çəkdirmişlər. Daha sonra koreyalı gənclər Şahdağ Turizm Kompleksinə səfər etmişlər. Səfər zamanı onlara kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, kanatla zirvəyə qalxmışlar.