Tarix: 31.10.2018 13:00
Mənbə:
Baxışlar: 124

“Mən Azərbaycanlıyam” layihəsinin qalibləri müəyyən olundu

30 oktyabr 2018-ci il tarixdə saat 15:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında “Mən Azərbyacanlıyam” milli intelektual telelayihəsinin 8-ci mövsümünün mükafatlandırılması mərasimi keçirildi.

Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 2/995 saylı 16 noyabr 2009-cu il tarixli razılıq məktubu əsasında 2010-cu ilin mart ayından Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirlikləri ilə birgə “MZ“ MMC tərəfindən hazırlanıb Azərbaycan Dövlət Televiziyasında yayımlanan „Mən Azərbaycanlıyam“ adlı intellektual telelayihə həyata keçirilir.
“Mən Azərbaycanlıyam” intellektual telelayihəsi Azərbaycanın təbliğinə həsr edilmiş ilk milli televiziya oyunudur. Məhz bu xüsusiyyətlərinə görə veriliş yerli teleməkanda özünə kifayət qədər tamaşaçı rəğbəti qazanmışdır.  Layihəyə azərbaycanda yaşayan gənclər ilə yanaşı, dünyanın hər yerində yaşayan həmvətənlərimizin virtual qoşularaq iştirak etməsi üçün də imkan yaradılmış, bir neçə ölkədə təhsil alan və yaşayan gənclər oyunda iştirak etmişdir.
Məlumat üçün bildiririk ki, ənənəvi olaraq təşkilatçı dövlət orqanları tərəfindən qaliblərə müxtəlif mükafatlar təqdim olunur. 
Qaliblərin siyahısı:
„Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışmasının 8-ci mövsümünün qalibləri

 - Əkbərova Gülnur Şakir qızı 1000 (bir min) manat ilin qalibi (I yer)    
 - Günəşli Mais Fərhad oğlu 500 (beş yüz) manat ikiqat qalib (II yer) 
- Səmədov Səməd Əfət oğlu 500 (beş yüz) manat ikiqat qalib (II yer)
- Hacıyeva Aytac Elçin qızı 500 (beş yüz) manat ikiqat qalib (II yer)