Tarix: 21.11.2018 12:00
Mənbə:
Baxışlar: 111

"Azərbaycan-Qazaxıstan Gənclərin Forumu" keçirilir

Forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və 21 sentyabr 2017-ci il tarixdə Aktau şəhərində keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunub.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib: "Bu gün Azərbaycanda "Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu" keçirilir. Forumun keçirilməsində əsas məqsəd, iki ölkə gəncləri arasında əməkdaşlığı genişləndirmək, yeni fəaliyyət istiqamətlərini müzakirə etmək və müəyyən etməkdir. Forum çərçivəsində hər iki tərəfdən həm gənclər təşkilatlarının rəhbərləri, həm dövlət qurumlarının nümayəndələri, gənc sahibkarlar iştirak edirlər".
Nazir müavini bu forum çərçivəsində  yeni ideyaların ortaya çıxacağına ümid bəslədiyini bildirərək,   gələcək perspektivlər üçün artıq layihə sənədimnin də olduğunu qeyd etdi. İntiqam Babayeb iki ölkənin nazirlikləri arasında iki illik tədbirlər planının imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, 21 sentyabr 2017-ci il tarixdə Aktau şəhərində Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü keçirilib. Tədbirdə bir sıra təşkilatlarımız arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Məhz o tədbir çərçivəsində  əməkdaşlığın daha da genişləndirilməsi və "Azərbaycan-Qazaxıstan Gənclər Forumu" adı altında müəyyən vaxtlarda tədbirlər keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu.