Tarix: 21.02.2019 11:25
Mənbə:
Baxışlar: 850

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”-un talismanlarının “150 gün qalır” mərasiminin qeyd edilməsi üçün rəsmi təqdimat “ZİRVƏLƏRƏ HAZIRIQ”

2019-cu il iyulun 21-27-də Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalına 150 gün qaldığı zaman Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi Cırtdan və Bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim etməkdən qürur hissi duyur.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan, Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilmişdir. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşmüşdür. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilmişdir.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”-un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.


Əlavə məlumat:
Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq və Olimpiya dəyərlərivə ideallarını öyrətmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdür.
Bu Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir.
Birinci Festival 1991-ci ildə Belçikada, Brüsseldə keçirilmişdir.
Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir.
Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.
Qeyd edilən Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları yaxud Panama Gənclər Oyunlar kimi ənənəni həmçinin Avropada davam etdirmək imkanını yaradır.
Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır.
Avropa Gənclər Olimpiya Festivalı   20-28 iyul 2019-cu il tarixdə Bakı şəhərində baş tutacaq. 7 gün daqvam edəcək yarışın  açılış mərasimi 21 iyul tarixdə gerçəkləşəcək. Bu günə qədər 49 Avropa Olimpiya Komitəsinin nümayəndə heyətinin rəhbəri (Chef de Mission) yarışa gələcəklərinə dair təsdiq veriblər. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaqlar. 12 idman arenasında 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyofbaku2019.com dur. Yarışın hashtaql isə #4everyoungbaku dur.