Xəbərlər
Dərc edilib:07.06.2017 11:40
Baxışlar:744

Nazir Sabirabadda vətəndaşları qəbul etdi

Bu gün gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib. 
Sabirabad rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda  Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonundan ümumilikdə 20-dən artıq  sakin iştirak edib. 

Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və  iş ilə təminatla bağlı olub. 

İdman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s  daxil olub. 

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən istiqamətlər olub.   

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.