Xəbərlər
Dərc edilib:25.02.2014 12:15
Baxışlar:1651

Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan  vətəndaşları  qəbul edib.

40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.   

20-ə yaxın  müraciət Olimpiya İdman Komplekslərinin, idman  zallarının tikintisi və təmiri,  stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub.

20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi,  gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması istiqamətində  olub.

Digər müraciətlər isə  işlə təminat və şəxsi məsələlərlə bağlı olub.  

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür