Xəbərlər
Dərc edilib:26.05.2014 13:07
Baxışlar:1668

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov  26 may  2014-cü il tarixdə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində  Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını  qəbul edib.

50-dən artıq  vətəndaşın  iştirak etdiyi qəbulda 20-ə yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub.  Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-cü vətəndaş qəbuludu. Şəmkirdən öncə nazir İsmayıllı,  Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və  Masallıda vətəndaşları qəbul edib.

İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.