Xəbərlər
Dərc edilib:20.10.2017 12:15
Baxışlar:196

Gənclər və idman naziri Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib

Gənclər və İdman naziri Azad Rəhimov bu gün Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. Ümumilikdə qəbulda 20-dən artıq vətəndaş iştirak edib.  
İdman sahəsində edilən müraciətlər sırasında  fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri,  idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi  və s  olub.

Qeyri hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və təmiri gənclər sahəsində olunan əsas müraciətlər istiqamətində olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi,  iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.  

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.