Xəbərlər
Dərc edilib:07.12.2017 13:28
Baxışlar:29

Binəqədi rayonunda "Beynəlxalq Könüllülər günü" qeyd edildi

05 dekabr 2017-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində 5 dekabr - "Beynəlxalq Könüllülər günü" münasibətilə əyləncəli tədbir keçirildi.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, YAP Binəqədi Rayon Təşkilatı və Gənclər və İdman İdarəsinin könüllüləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov gəncləri salamlayaraq, "Beynəlxalq Könüllülər günü" münasibətilə onları təbrik etdi. Könüllülərimizin yüksək vətəndaşlıq mövqeyi göstərərək, dövlətimizin, ölkəmizin rifahı və gələcəyi naminə fəaliyyətinin hər bir gəncə nümunə olduğunu bildirən Elvin Aslanov, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırdı.
Sonra çıxış edən Şəmsi Gülverdiyev və Fəsli Nəbiyev də gəncləri təbrik edərək, Binəqədi rayonunda həyata keçirilən bütün böyük tədbirlərdə könüllülərin rolunun danılmaz olduğunu vurğuladılar.
Çıxışlardan sonra tədbir çay süfrəsi ətrafında və musiqi ilə davam etdirildi.