Xəbərlər
Dərc edilib:07.12.2017 15:41
Baxışlar:36

Azərbaycanı tanımağa, görməyə gələn Fransız gəncləri

6 Dekabr tarixindən başlayaraq bir qrup Fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib.  
Gənclər və idman nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə nümayəndə heyətinin tərkibinə Fransanın aparıcı qəzet, sayt və tv orqanının muxbirləri, dünya çempionları, huquq sahəsinin mütəxəssisləri və digər peşə sahibləri daxildirlər. 
Səfərin ilk gunu qonaqlar Xalça muzeyində olub, qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar.  Eyni zamanda, qonaqlar Azərbaycan Diplomatiya Akademiyasına da səfər ediblər. Akademiyanın prorektoru Fariz Ismayılzadə qonaqlara təhsil mərkəzi haqda geniş məlumat verib və onları   burada təhsil alan əcnəbi tələbələrlə tanış edib. 
Daha sonra qonaqlar Su idmanı sarayında olublar. Idman mərkəzinin direktoru Elçin  Həsənov qonaqları idman qurğusu ilə yaxından tanış edib. 
Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar Prezident yanında Gencler Fondu,  Azərbaycan Respublikasının Milli Məclisində Gənclər və idman komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirəcək, Heydər Əliyev Mərkəzi, Milli Tarix muzeyi və digər tarixi məkanlara səfər edəcəklər.