Xəbərlər
Dərc edilib:12.05.2017 03:00
Baxışlar:313

Gənclər və İdman Naziriyinin təqdim etdiyi elektron xidmətlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq olaraq Gənclər və İdman Nazirliyi tərəfindən elektron xidmətlər həyata keçirilir. Həyata keçirilən elektron xidmətlərin sayı 6-dır:
-Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu;
-İdman təsnifatına uyğun olaraq fəxri idman adlarının verilməsi üçün  müraciət və sənədlərin qəbulu;
-Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak üçün müraciət və sənədlərin qəbulu;
-Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciət və sənədlərin qəbulu;
-İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması üçün müraciət və sənədlərin qəbulu;
Nazirliyin təqdim etdiyi elektron xidmətlər e-gov.az Elektron Hökümət Portalı üzərindən həyata keçirilir. 
dxr.az Dövlət xidmətləri Portalında Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilən elektron və qeyri-elektron xidmətlərin siyahısı göstərilmişdir.