Xəbərlər
Dərc edilib:28.12.2017 10:45
Baxışlar:106

Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi

Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Evi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il bayramına həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilmişdir. 
Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq, sərginin keçirilməsində məqsədin istedadlı və yaradıcı  gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etmək olduğunu qeyd etmiş və qarşıdan gələn bayram münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır.
Sərgidə 30-a yaxın müəllif öz əl işlərini nümayiş etdirib. 
Sonda I, II və III yerlər olmaqla qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.