Xəbərlər
Dərc edilib:29.12.2017 09:00
Baxışlar:126

Hərbi xidmətdə fərqlənənlər mükafatlandırıldı

Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il dekabr ayının 28-də “Park İnn” otelində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş  “Əsgər Bayramı” keçirildi. Tədbirdə dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndəri, millət vəkilləri ilə yanaşı, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları – zabitlər, əsgərlər, gizirlər iştirak edirdi. Tədbir Dövlət Himninin sədaları altında açıq elan edildi və Azərbaycan Silahlı Qüvvələri haqqında hazırlanmış videofilm nümayiş etdirildi. Daha sonra Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını təbrik etdi və Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti, gücü haqqında fikirlərini söylədi. Tədbirin proqramına uyğun olaraq xidmətdə fərqlənən əsgər və zabitlər Gənclər və İdman Nazirliyi tərəfindən mükfatlandırıldı.Tanınmış gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramı ilə tədbir davam etdirildi.