Xəbərlər
Dərc edilib:29.12.2017 12:06
Baxışlar:38

Cüdo üzrə Azərbaycan çempionatına yekun vuruldu

Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında bütün qaliblər müəyyənləşib.

Yarışın sonuncu günündə kişilər arasında 100 kq və +100 kq çəki dərəcələrində ölkə çempionlarının adlarına aydınlıq gəlib. Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Usta cüdoçuların mübarizəsində isə bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bilinib.

Komanda yarışlarında isə “Neftçi” birinci, Atilla ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub. Qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

Azərbaycan Cüdo Federasiyasının dəvətilə respublika çempionatının daha şəffaf keçirilməsində yaxından iştirak etmiş Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin rəhbər üzvlərinə vitse-prezident Sadıq Sadıqov tərəfindən xatirə hədiyyələri təqdim olunub.