Xəbərlər
Dərc edilib:29.12.2017 12:07
Baxışlar:294

Biləsuvar rayonunda Kod da Vinçi (Axtar-tap) oyunu üzrə rayon birinciliyi keçirildi

28 dekabr 2017-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Koda da Vinçi (Axtar tap) oyunu üzrə rayon birinciliyi keçirildi.
Oyunun keçirilməsində əsas məqsəd Kod da Vinçi (Axtar tap) oyunu üzrə rayon komandasını formalaşdırmaq, yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir.
Maraqlı keçən oyunun sonunda M.İbrahimov adına Təhsil Kompleksinin “Mübarizlər” komandası birinci, Bəydili kənd tam orta məktəbin “Şahin” komandası ikinci və Xırmandalı kənd 2 saylı tam orta məktəbin “Simurq” komandası isə üçüncü yerə layiq görüldü. Qalib komandalar Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldı.