Xəbərlər
Dərc edilib:29.12.2017 12:10
Baxışlar:268

Salyan rayonunda VKF karate idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir

28  dekabr  2017-ci il  tarixində  Salyan   rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  Salyan  rayon  Qaraçala  qəsəbə tam  orta  məkəbin  idman  zalında   Dünya Azərbaycanlılarının  Həmrəylik Günü və  Yeni  İl  münasibəti ilə uşaq,  yeniyetmə, gənclər  və  böyüklər  arasında  VKF  karate idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.  İlk  öncə Salyan  rayon  Gənclər  və  İdman İdarəsinin  rəisi Araz  Hüseynov yarış iştirakçılarını  salamlayaraq Dünya Azərbaycanlılarının  Həmrəylik Günü və  Yeni  İl  münasibətilə təbrik  etdi. Yarışın  keçirilməsində əsas  məqsəd karate idman növünün kütləviliyinə  nail olmaq,  perspektivli idmançıları aşkar  etməkdən  ibarət  olduğunu  bildirərək qeyd  etdi  ki,   Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.  Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir.
Daha  sonra  dövlət  himni  səsləndirildi  və  birinciliyə start  verildi.  VKF  karate idman növü üzrə açıq rayon birinciliyinin  sonunda  ümumi komanda hesabında aşağıdakı nəticələr qeydə alındı :
III yer  Beyləqan komandası
II yer Bakı Samuray  komandası
I yer  Salyan   komandası
Yarışın  sonunda  qaliblər  Salyan  rayon  Gənclər  və İdman  İdarəsi tərəfindən diplom  və  medallar  ilə  təltif  edildilər.