Xəbərlər
Dərc edilib:09.02.2018 10:45
Baxışlar:90

Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş qızlar arasında basketbol üzrə rayon turniri başa çatıb

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 05-15 fevral 2018-ci il tarixlərində 193 saylı tam orta məktəbin idman zalında şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar və qızlar arasında basketbol idman növü üzrə Nərimanov rayon turniri keçirilir. Artıq qızlar arasında keçirilən turnir başa çatıb.
Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, məktəbliləri basketbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 18 məktəb komandası tərkibində 216 nəfər məktəbli qızlar iştirak edib. 
Yarışda I yeri 212 saylı tam orta məktəbin komandası, II yeri 45 saylı tam orta məktəbin komandası və III yeri isə 82 saylı tam orta məktəbin komandası qazanmışdır.
Qeyd edək ki, yarışda I, II və III yerləri tutan komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş anım tədbirində təltif olunacaqlar.