Xəbərlər
Dərc edilib:09.02.2018 13:15
Baxışlar:84

Biləsuvar rayonunda “Narkomaniyaya yox deyək” və “Erkən nikah” mövzusunda maarifləndirmə tədbiri keçirildi

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 bəndinin icrası məqsədi ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsi Polis Şöbəsi ilə birgə Heydər Əliyev Mərkəzində  09 fevral 2018-ci il tarixdə ümumtəhsil məktəblərinin  yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikah”  mövzusunda  tədbir keçirdi. Maarifləndirmə məqsədilə keçirilən tədbirdə  çıxış edənlər  Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev, Polis Şöbəsinin rəis müavini Toğrul Mahmudov, Biəsuvar rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri üzrə Komissiyanın məsul katibi Məhərrəm Qurbanov, Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov, Mərkəzi Xəstəxananın həkimi Asif Rzayev  erkən nikah,   narkomaniya və narkobizneslə beynəlxalq mübarizənin tarixi köklərindən və hüquqi əsaslarından danışıb, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verdilər, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya və erkən nikah  ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs etdlər,  gənclərə bu pis vərdişlərdəndən və erkən nikahdan uzaq durmağı tövsiyə etdilər.
          Sonda mövzu ilə əlaqədar gəncləri maraqlandıran suallar cavablandırıldı.