Xəbərlər
Dərc edilib:09.02.2018 16:55
Baxışlar:81

Təxti Kubokunda sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı

İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib. 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparıb. 

Yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurub. Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüdə yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.