Xəbərlər
Dərc edilib:06.03.2018 17:10
Baxışlar:86

“Şahin” hərbi-idman oyununun şəhər zonası üzrə yarışı keçirilmişdir

Gənclərin vətənpərvərlik ruhunda  tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyunu, yeddi orqanın birgə qərarı əsasında keçirilir. Bu hərbi idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini, hərbi-idman oyunlarına cəlb etməklə məktəblilərin ordu sıralarına hərbi xidmətə hazırlanmasına  kömək göstərməkdən ibarətdir. Bu məqsədlə Şəmkir şəhərində rayonun umumtəhsil orta məktəblərində  6 zona üzrə yarışlara start verilmişdir. İlk zona yarışı 06 mart 2018-ci il tarixdə Şəmkir  şəhər  Əhməd  Cavad  adına tam orta məktəbdə  “Şahin” hərbi-idman oyununun şəhər zonası üzrə yarışı keçirilmişdir. Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin  İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov, SHXÇDX-nin Şəmkir  rayon şöbəsinin əməkdaşı  Zakir Qurbanov, Şəmkir rayon Təhsil şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov, rayon hərbi müəllimləri, şəhər zonasının komandaları iştirak etmişdir. Hərbi idman oyununda rayonun 6 komandası yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdən keçmişdir. Yekunda münsiflər heyyətinin qərarına əsasən, I yerə M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası, 2-ci yer N.Nərimanov adına tam orta məktəbin komandası, 3-cü yer Pravda şəhər tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası 16 mart 2018-ci il tarixdə Şəmkir şəhərində “N” saylı hərbi hissədə  keçiriləcək rayon birinciliyinə vəsiqə qazanmışdır.