Xəbərlər
Dərc edilib:06.03.2018 18:10
Baxışlar:123

Astarada “Mən ilk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirildi

06 mart 2018-ci il tarixdə Astara Pedaqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsi və Pedaqoji Kollecin birgə təşkilatçılığı ilə İdarənin 2018-ci il I yarımillik tədbirlər planının icrası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər , xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün  Azərbaycanda növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək  gənclər üçün “Mən ilk dəfə səs verirəm” mövsuzunda seminar keçirilmişdir.
Tədbirdə çıxış edən Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, 77 saylı Astara seçki dairəsinin katibi Gülhəsən Mirzəyev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında gənclərə ətraflı məlumatlar verilmiş, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılmışdır.
Tədbirdə 250 nəfərdən çox gənc iştirak etmişdir.
Sonda tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.