Xəbərlər
Dərc edilib:07.03.2018 10:20
Baxışlar:137

Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi davam edir

Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi çərçivəsində təlimlər davam edir. Layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı həyata keçirilir. 

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə çərçivəsində Sabirabad, Biləsuvar, Bərdə, Mingəçevir və Göyçay rayonlarını əhatə etməklə “Multiplayer”lər tərəfindən hər rayonda 2 gün təlim keçiriləcək. Təlimlərdə multiplayerlər “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzulardan danışacaqlar. Daha sonra iştirakçılar mövzu ətrafında qrup işlərində iştirak edərək öz fikirlərini bölüşəcəklər. 

Məlumat üçün bildirək ki, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi bundan öncə 2017-ci ilin iyul-sentyabr aylarında baş tutub. 3 ay davam edən layihə zamanı  ilk öncə “Multiplayer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim” keçirilib. Təlim zamanı iştirakçılara mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub. 4 gün davam edən təlimlər başa çatdıqdan sonra seçilmiş gənclər multipleyer qismində regionlarda təlimlərə start veriblər. Təlimlər müddətində 25 şəhər və rayonları əhatə etməklə 1000-dən çox gənc iştirak edib.