Xəbərlər
Dərc edilib:09.07.2018 20:05
Baxışlar:106

Tbilisidə stronqmen idman növü üzrə beynəlxalq turnir keçirilib

Turnirdə Azərbaycan, Ukrayna, Gürcüstan Ermənistan (İran idmançıları zədə səbəbindən yarışa gəlməyiblər) idmançıları əsasən 105 kiloqrama qədər və 105 kiloqramdan çox çəki dərəcələrində mübarizə aparıblar.

Ölkəmizi bu turnirdə 4 idmançı ilə təmsil edib.

Çəkisi 105 kiloqramadək olan idmançılar hər əlində 120 kiloqram olmaqla 240 kq ağırlığında çamadanları 40 metr məsafəyə, çiyinlərində 300 kq-lıq yükü 20 metr məsafəyə daşımaq, 60 kq-lıq qantelləri və 110 kq-lıq magistanı başları üzrə qaldırmaqla güclərini sınayıblar.

Çəkisi 105 kq-dan artıq olan idmançılar isə hər əlində 140 kiloqram olmaqla, 280 kq-lıq yükü 20 metr məsafəyə, 90 kq-lıq qantel və 130 kq-lıq magistaları başları üzərinə qaldırmaq, çiynində 400 kq ağırlığında yükü 20 metr məsafəyə daşımaqla güclərini sınayıblar.

Ümumi nəticələrə görə çəkisi 105 kiloqrama qədər olan idmançımız Aydın Hümbətov 2-ci yerə, ağır çəkili pəhləvanımız Razim Hüseynov isə son mərhələdə erməni idmançını üstələyərək 3-cü yerə sahib olub.

Digər idmançımız Elşən Ağayev isə (105 kq-a qədər) mübarizəni 4-cü yerdə başa vurub.