Xəbərlər
Dərc edilib:24.11.2014 12:27
Baxışlar:1688

Nazir Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələ  şəhərində vətəndaşları qəbul edib.  

Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak etdikləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşib.

Qəbul zamanı nazir Azad Rəhimova 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.

Gənclər sahəsində edilən 10-dək müraciətlər əsasən  QHT –in yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili,  Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni Mərkəzlərin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətdə olub.

İdman sahəsində edilən 10-dan artıq müraciət sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi və digərləri  olub.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

  Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.