Xəbərlər
Dərc edilib:14.09.2018 17:00
Baxışlar:286

Şəmkirdə Futbol üzrə rayon birinciliyi keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-illik yubleyi münasibəti ilə Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir rayon Gənclər və İdman İdarəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində futbol üzrə yeniyetmələr arasında rayon Birinciliyinin açılış mərasimi  keçirilmişdir. 
Yarışda rayonun 7 komandasından 105 nəfər idmançı iştirak etmişdir.
Yarışın rəsmi açılış mərasimində Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov,Uşaq Gənclər  İdman Məktəbinin direktoru Namiq Mahmudov iştirak ediblər.
Çıxış edən Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov  yarış iştirakçılarını və qonaqları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun adından salamlayıb və xoş arzularını çatdırıb. Emin İsmayılov bildirib ki, son illərdə idmanın inkişafı istiqamətində cənab Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bir çox uğurlu işlər həyata keçirilib və bu istiqamətdə ölkəmizdə uğurlu layihələrə imza atılmaqda davam edilir. Bunun nəticəsidir ki, bu gün regionlarda gənclərin idmana marağı artır, idman infrastrukturları yenilənir, idmançılarımızın nailiyyətləri gündən-günə çoxalır. 
İlk turun yekununa görə: 
Mahmudlu (UGİM) 3- 4 Şəmkir (UGİM)
Şəmkir (UGİM-1) 5-0 Təzəkənd (UGİM)
Şəmkir (UGİM-2) 3-0 Kür (1)
Qeyd edək ki, rayon  biriniciliyi 18 sentyabr  2018-ci il tarixədək davam edəcəkdir.