Xəbərlər
Dərc edilib:11.01.2019 15:40
Baxışlar:85

“Silinməz qan yaddaşı” devizi altında anım tədbiri keçirilmişdir

Salyan  rayonunda 20 Yanvar faciəsinin 29-cu il dönümünə həsr edilmiş “Silinməz qan yaddaşı” devizi altında anım tədbiri   keçirilmişdir.
11  yanvar  2019- cu  il  tarixdə  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  Salyan  rayon  2  saylı  tam  orta  məktəbin  akt zalında   Salyan  rayon  İcra  Hakimiyyəti  və  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  nazirliyi tərəfindən  razılaşdırılmış  və  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  təsdiq   edilmiş  iş  və  tədbirlər  planına  əsasən  Yanvar faciəsinin 29-cu il dönümünə həsr edilmiş “Silinməz qan yaddaşı” devizi altında anım tədbiri   keçirilmişdir.   İlk  olaraq  20  Yanvar  şəhidlərinin xatirəsi  bir  dəqiqəlik  sükutla  yad edildi.  
Daha sonra tədbirdə  çıxış  edən Salyan  rayon  Gənclər  və  İdman  İdarəsinin  baş  məsləhətçisi  Əlişir  Əliyev  bildirdi  ki,  20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. 
Eyni zamanda, tədbirdə çıxış  edən  Salyan  şəhər  2 saylı  tam  orta  məktəbin  tarix  müəlliməsi  Aynur  Hüseynova qeyd etdi  ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir.
Salyan  şəhər  2 saylı  tam  orta  məktəbin  ədəbiyyat  müəlliməsi  Aygün  Əzizova çıxışında  qeyd  ki,  20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində silinməyən iz buraxmalıdır. Bu soyqırımdan hər bir azərbaycanlı bu gün də, sabah da, uzaq gələcəkdə də özünə ibrət dərsi götürməlidir.
Salyan  şəhər  2 saylı  tam  orta  məktəbin  tarix  müəlliməsi  Aygün  Məmmədova çıxış  edərək  bildirdi  ki,  İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar Günü Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, sovet hərbçiləri hər yanı amansız atəşə tuturdular.
Daha  sonra  tədbirdə  Salyan  şəhər  2 saylı  tam  orta  məktəbin  şagirləri  şeir  kompozisiyaları ilə  çıxış  etdilər.
Tədbirin  sonunda  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən 20  Yanvar  faciəsindən  bəhs  edən  videoçarx  nümayiş  etdirildi.