Xəbərlər
Dərc edilib:11.01.2019 17:20
Baxışlar:108

Astara rayonunda gənclər üçün təlim keçirildi

10 yanvar 2019-cu il tarixdə Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Region gəncləri arasında start-up layihələrinin hazırlanması, bacarıqlarının artırılması" layihəsi üzrə  təlim keçirildi.
   Tədbirdə Astara Pedaqoji Kolecinin tələbə və gənc müəllim heyəti, rayonun fəal gəncləri iştirak etmişdir.
Tədbirin açılışında çıxış edən "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyəti, Donor təşkilat və təlim proqramı haqqında məlumat vermişlər.
Daha sonra layihənin təlimçisi, Beynəlxalq Əmək Təşkilatının “Biznes Təlimçisi” Rafət Şirəliyev Start-up bizneslərin əhəmiyyəti, ideyaların müəyyən edilməsi, təhlili, biznesə çevrilməsi, biznes planlarının hazırlanması və digər mövzular üzrə iştirakçılara məlumat vermiş, qrup işləri aparılmışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur