Xəbərlər
Dərc edilib:11.02.2019 12:35
Baxışlar:470

"Xocalı Soyqırımını unutma!" adlı inşa yazı müsabiqəsi keçirilmişdir

Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə 11 fevral tarixində , gənclər arasında 26 fevral - Xocalı Soyrımının XXVII ildönümünə həsr olunmuş "Xocalı Soyqırımını unutma!" adlı inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqə öncəsi Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov Xocalı faciəsi zamanı Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən, bütün ailə üzvləri tamamilə vəhşicəsinə qətlə yetirilmiş ailələrdən danışmış, gənclərə bu tarixi heç vaxt unutmamağı, tariximizi daha dərindən öyrənməyi tövsiyyə etmişdir.
Daha sonra idarənin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.3. yarımbəndinə müvafiq olaraq keçirilən bu müsabiqənin məqsədindən bəhs etmiş, müsabiqə qaydalarını və şərtləri gənclərə elan etmişdir.