Xəbərlər
Dərc edilib:14.03.2019 18:15
Baxışlar:69

“Şahin” hərbi idman oyununun Astara rayon birinciliyi keçirildi

04-13 mart 2019-cu il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq  Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun  rayon birinciliyinin zona seçim mərhələsi  keçirilmişdir.
       Tədbirlərin açılış mərasimlərində Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev,  Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov, Astara Rayon Təhsil Şöbəsinin  Çağırışa qədər hazırlığı üzrə metodisti Rasim Cəfərov, SHXÇDX Astara rayon şöbəsinin məsul işçisi,gizir Vasif Həziyev,  Maşxan kənd tam orta məktəbin direktoru Bəylər Həsənov, Çayoba kənd  saylı  tam orta məktəbin direktoru Sərraf Əhmədov, Pəlikəş kənd tam orta məktəbin direktoru Nadir Eyvazov,Asxanakəran kənd tam orta məktəbin direktoru Əlican Hacıyev çıxış etmişlər.
         Rayon birinciliyi 5 zona yarışları və final mərhələsindən ibarət keçirilmişdir. “Şahin” hərbi idman oyununun zona mərhələsində 33 tam orta məktəb komandasını təmsil edən 462 nəfər məktəbli iştirak etmişdir. 
          I zona üzrə yarış 04 mart tarixində Astara  şəhər 3 saylı tam orta məktəbində 8 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I və II yerlərə müvafiq olaraq Astara şəhər 3 və 2 saylı tam orta məktəb komandaları layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
          II zona üzrə yarış 06 mart tarixində Maşxan kənd tam orta məktəbində 10 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I, II və III yerlərə müvafiq olaraq Tüləküvan kənd,Təngərüd kənd və Kijəbə qəsəbə tam orta məktəb komandaları layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
           III zona üzrə yarış 07 mart tarixində Çayoba kənd tam orta məktəbində 9 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I və II yerlərə müvafiq olaraq Şiyəkaran kənd 2 saylı və Siyəku kənd tam orta məktəb komandaları layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
            IV zona(dağlıq ərazi) üzrə yarış 11 mart tarixində Sım kənd tam orta məktəbində 4 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I yerə  Pəlikəş kənd tam orta məktəb komandası layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
            V zona(dağlıq ərazi) üzrə yarış 13 mart tarixində Asxanakəran  kənd tam orta məktəbində 2 məktəb komandasının iştirakı ilə keçirilmişdir. I yerə Hamoşam kənd tam orta məktəb komandası layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
         “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsi 29 mart 2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. Qalib komanda  2019-cu ilin aprel ayında Cəlilabad rayonunda  keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanacaqdır.Rayon birinciliyinin zona və final mərhələsində fəxri yerlərə layiq görülən komandalar, yarışların təşkilində fəal iştirak edən mütəxəsislər, təşkilat nümayəndələri Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin,SHXÇDX-nin Astara rayon şöbəsinin,Rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin diplomları, kubokları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqdır.