Xəbərlər
Dərc edilib:15.04.2019 14:30
Baxışlar:117

“Stimul” komandası final mərhələsinə vəsiqə qazandı

Lerik rayonunu təmsil edən “Stimul” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatının final mərhələsinə vəsiqə qazandı
13 aprel 2019-cu il tarixdə Lerik şəhərində  “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatının zona mərhələsi keçirilmişdir. Zona mərhələsində 9 rayonu təmsil edən 16 komanda  iştirak etmişdir. Lerik rayonunun “Stimul ”  komandası əzmkar oyun nümayiş etdirərək final mərhələsinə vəsiqə qazanmışdır. Digər finalçılar isə Masallının “Guantlet” komandası, Lənkəranın “Maximum” və “LDU” komandaları olmuşdur.