Xəbərlər
Dərc edilib:11.06.2019 16:00
Baxışlar:255

Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib

10 iyun 2019-cu il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.  
Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə qarşıdan gələn “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə tələbələri təbrik etmiş, İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir. 
N.Novruzov bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Sonra çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Murad Süleymanlı İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minnətdarlığını bildirdi. M.Süleymanlı qeyd etdi ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.
Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına və təhsilində fərqləndiyinə görə 26 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman  İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Fəxri Fərmanlar" ilə təltif edilmişlər.