Xəbərlər
Dərc edilib:13.06.2019 13:05
Baxışlar:78

Binəqədi rayonunda “Azərbaycan Səninlədir-Sənsiz deyil” IX yaradıcılıq festivalı keçirildi

Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” IX yaradıcılıq festivalı keçirilmişdir. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri-Kamaləddin Qafarov, Madər Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BRİH başçısının müavinləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və digər qonaqlar iştirak ediblər.
Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirildi və festival “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirin bədii hissəsindən sonra çıxış edən Elmin İmanov, Raqif Abbasov, Elxan Allahverdiyev ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildirdilər. Qeyd olundu ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Sonda festivalın laureatları fəxri fərmanlarla təltif edildilər.