Xəbərlər
Dərc edilib:11.07.2019 11:49
Baxışlar:156

Nərimanov rayonunda “Qaçqınlarla bir addım atın” devizi altında mini futbol turniri keçirilib

10 iyul 2019-cu il tarixdə Nərimanov rayonunda yeni salınmış ABAD məhəllədə “Qaçqınlarla bir addım atın” devizi altında davam edən “Qaçqınlarla” kampaniyası haqqında gənclər məlumatlandırılmış və kampaniya çərçivəsində mini futbol üzrə rayon turniri keçirilib.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, fəal gənclər və məhəllə sakinləri iştirak etmişlər.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov  çıxış edərək bildirdi ki, XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə qaçqınlıq və məcburi köçkünlüklə üzləşmişdir. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə  bir əsrdə 4 dəfə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.  Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğılarproblemləri  Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi. 
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.