Xəbərlər
Dərc edilib:11.07.2019 17:00
Baxışlar:126

Stolüstü tennisçilərimiz gənclərin Avropa çempionatının finalında

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Oğlanlardan ibarət Azərbaycan yığma komandası çempionatın yarımfinalında Belçika yığmasına qalib gələrək finala vəsiqə qazanıb.
Bu gün keçiriləcək finalda komandamızın rəqibi Rusiya yığması olacaqdır.