Xəbərlər
Dərc edilib:12.07.2019 09:00
Baxışlar:328

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qəbul edilmişlər

10 iyul 2019-cu il tarixdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. Səfər çərçivəsində Ali Məclisin sədri cənab Vasif Talıbov tərəfindən iştirakçılar qəbul edilmişlər. Qəbul zamanı Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək proqramın ümummilli liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə keçirildiyini bildirmişdir. Proqram çərçivəsində keçirilən görüşlər barədə məlumat verilmiş və Ali Məclis Sədrinin gənclərlə görüşünün mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır. 
Ali Məclisin Sədri Vasif Talıbov Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi tamam olduğunu qeyd etmişdir. Heydər Əliyevin tarixdə oynadığı rol, Azərbaycanın dövlətçiliyi üçün gördüyü mühüm işlər, eyni zamanda Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövrü barədə maraqlı məlumat və faktları gənclərin diqqətinə  çatdırmışdır.
Sonra Ali Məclisin Sədri gənclərin suallarını cavablandırmış, onlarla xatirə şəkili çəkildirmiş və hədiyyələr təqdim etmişdir.
Proqram iştirakçıları Nacxçıvana səfər çərçivəsində Heydər Əliyev Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti, “Saat Meydanı”, “Xan Sarayı”, Mömünə Xatun Məqbərəsi və Açıq Səma Altında Muzey Kompleksi,Naxçıvan Biznes Mərkəzi, “Əsabi Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olmuşlar.