Xəbərlər
Dərc edilib:09.08.2019 15:53
Baxışlar:61

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib

Avqustun 9-da Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Avqust “Beynəlxalq Gənclər günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında rayon çempionatı  keçirilib. Çempionat“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının  icrasının təmin olunması, rayon gənclərinin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual oyunlara və elmə maraqlarının artırılması, eləcə də, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Çempionatda 11 komanda  (“Nirvana”, “Yalquzaq”, “Aysberq”, “Caspian Power”,  “Eks-kalibur”, “Anonymous”, “Marşal”, “Berqman”, “Uran”,  “Deus” və “İqtisad” komandaları) mübarizə aparıb. Gərgin rəqabət şəraitində keçən 2 turun ümumi nəticəsinə görə “Anonymous” komandası I, “Nirvana” komandası II, “Uran” komandası isə III olub. Yer tutan komandalar fəxri fərmanlarla təltif ediliblər.