Xəbərlər
Dərc edilib:14.08.2019 11:33
Baxışlar:70

Boksçu Qasımov Məmmədəli Avropa birinciliyinin qalibi oldu

05-12 avqust 2019-cu il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilən Boks üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında Avropa birinciliyi keçirilmişdir. Birincilikdə Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Qasımov Məmmədəli 44 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək I yerə layiq görülmüşdür.

    Qeyd edək ki, Məmmədəli Qasımovu yarışa boks idman növü üzrə məşqçi-müəllim Nurlan Məmmədov hazırlamışdır.