Xəbərlər
Dərc edilib:10.09.2019 13:07
Baxışlar:102

Ağır atletika üzrə yığma komandamız dünya çempionatında iştirak edəcək

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək. 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnir olacaq.

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:

Qadınlar: Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq);

Kişilər: Nailxan Nəbiyev (96 kq).