Xəbərlər
Dərc edilib:11.09.2019 11:25
Baxışlar:107

200-dən çox uşaq üçün yay düşərgələri təşkil edilib

Gənclər və İdman Nazirliyi tərəfindən bu  ilin 15-24 avqust və 26 avqust- 4 sentyabr tarixlərində 2 növbədə: şəhid, məcburi köçkün və  Qarabağ müharibəsi iştirakçılarının ailələrindən olan uşaqlar, həmçinin, istedadlı uşaqlar üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edilib. Düşərgə çərçivəsində iştirakçılar üçün şən və əyləncləli, intellektual  oyunlar, idman yarışları, stolüstü və kompyuter oyunları keçirilmiş, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil edilmişdir. Hər növbədə 115 nəfər iştirak edib.